Kategoriler
Avropa aviabiletlər

Bakı Almaniya bilet qiymətləri

Baki Almaniya bilet qiymetleri-ucuz aviabiletler-serfeli teklifler-Bilet Tap. Bakı Almaniya bilet qiymətləri

Bakı Berlin (Almaniya)

Bakı Berlin istiqaməti üzrə aviabiletlər əldə etmək üçün bilet tap sizlərə ən sərfəli təkliflərlə bilet qiymətlərini təqdim edir. Avia istiqamət üzrə uçuşlar həftəlik olaraq həyata keçirilir.

Bakı Almaniya təyyarə bileti əldə etmək üçün sadəcə uçuş tarixləriniz qeyd etməyiniz lazımdır. Sistem tez və qısa zaman kəsiyində rəqabətli qiymət təkliflərini sizə təqdim edəcək. Bakı Almaniya aviareysi üzrə uçuşlar mütamadi hər həftənin ikinci və bazar genləri həyata keçirilir.

Berlin

Berlin  — Almaniyanın paytaxtı və ən böyük şəhəridir. Berlin həm də Almaniyanın 16 federal əyalətindən biri olaraq qəbul edilir. Əhalisi təqribən 3 400 000 nəfər, ərazisi isə 891,85 km²-dir. Şəhərin şimalındandan cənubuna doğru olan məsafə 38 km-ə, şərqindən qərbinə qədər olan məsafə isə 45 km-ə bərabərdir.

Öz tarixi dövründə Berlin bir neçə dəfə alman dövlətlərinin paytaxtı olmuşdur. 1990-cu ildən, Almaniyanın birləşməsindən sonra Berlin AFR-in paytaxıdır.

Berlin Avropada ən mühüm siyasət, media, mədəniyyət və elm mərkəzidir. Metropol Avropada ən mühüm nəqliyyat düyümü sayılır. Burada yerləşən ali məktəblər, elmi idarələr, teatr və muzeylər beynəlxalq aləmdə məşhurdular.

Bütün dünyadan incəsənət və mədəniyyət sahəsi ilə məşğul olanlar üçün Berlin çox cazibədardır. Berlinin tarixi, gecə həyatı və çoxsaylı arxitektur tikililəri hər yanda məşhurdur.

Təxminən 1200-cü ildən indiki Berlinin ərazisində Köln və Berlin adlanan iki ticarət mərkəzi mövcud idi. Onların şəhər ststusu almalarının dəqiq tarixi məlum deyil. Kölnün şəhər olması ilk dəfə 1237-ci ildə, Berlininki isə 1244-cü ildə qeyd edilmişdir. 

1307-ci ildə hər iki şəhər birləşir və ümumi şəhər idarəsini təşkil edir. 1400-cü ildə birləşmiş Berlinin əhalisi 8000 nəfər idi.

Berlin Prussiyanın paytaxtı idi və Almaniya imperiyasının yaranmasından sonra da onun paytaxtı olur.

İkinci dünya müharibəsindən sonra Yalta kofransının qərarına əsasən Berlinin SSRİ-nin zəbt etdiyi ərazidə yerləşməsinə baxmayaraq dörd qalib ölkə arasında dörd sektora bölündü. Sonralar üç sektor birləşərək Qərbi Berlini təşkil edərək ona xüsusi dövlət statusu verildi.

Qərbi Berlin vaxtilə AFR ilə sıx əlaqədə olmuşdu. Berlinin sektorları arasında gediş-gəliş ilk vaxtlarda sərbəst olsa da, sonralar Almaniya Demokratik Respublikasının qərarı ilə əhali axınının qarşısını almaq məqəsədilə 13 avqust 1961-ci ildə Berlin divarı tikildi. Soyuq müharibənin rəmzi olan Berlin divarı 1989-cu ilə qədər mövcud olub..