Kategoriler
Türkiyə aviabiletlər

Bakı Ankara təyyarə bilet qiymətləri

Baki Ankara bilet qiymetleri-ucuz aviabiletler,serfeli teklifler,asan bilet,Ankara. Bakı Ankara bilet qiymətləri Bakı Ankara təyyarə bilet qiymətləri

Bakı Ankara bilet qiymətləri bilet tap vasitəsilə ən sərfəli təkliflərlə əldə edə bilərsiniz. Ankara Türkiyə cümhuriyyətinin paytaxtıdır. Bakı Ankara istiqaməti üzrə uçuşlar həftəlik 4 dəfə olaraq həyata keçirilir. Uçuşlar birbaşa reys olmaqla AZAL hava yolları tərəfindən həyata keçirilir.

Sistem Bakı Ankara istiqaməti üzrə sərfəli təklifləri daha sürətli və daha tez əldə etməyə imkan yaradır. Siz ancaq uçuş tarixləriniz qeyd etməyiniz kifayət edir ki sərfəli təkliflərlə aviabilet əldə edəsiniz.

Ankara

Ankara — Türkiyə Cümhuriyyətinin paytaxtıdır. İstanbuldan sonra ölkənin ən böyük ikinci şəhəridir. Ankara şəhərinin adı tarix boyu dəyişmişdir. Şəhər, frigiyalılar, qalatiyalılar və qədim romalılar olaraq adlandırıldı; bu ad latın əlifbası ilə qərb mənbələrində Ankyra və Ancyra olaraq yazılmışdır. 

Böyük Səlcuq İmperiyasının Anadoluya gəlməsindən sonra bu ad “Ankara” və “Əngürü”, qərb dillərində isə “Anqora” (Angora) olaraq dəyişmişdir. “Əngürü” (Engürü) adı, ərəb şəkilçisiylə “Əngüriyyə” olmuşdur. 

Ankaranı suverenliyi altında saxlayan dövlətlər tərəfindən zərb edilən sikkələrdə istifadə olunan rəsmi ad, Böyük Səlcuq İmperiyasında “Ankara”, Elxanilər Dövlətində “Əngürü” və “Əngüriyyə”, Osmanlı İmperiyasında isə “Əngürü” və “Ankara” olmuşdur.

Şəhərin adı Osmanlı İmperiyası dövründə, XVI əsrdən etibarən rəsmi olaraq Ankara  olmasına baxmayaraq, xalq arasında “Əngürü”, qərb ölkələrində isə “Anqora” adlarından istifadə edilirdi. Türkiyə Respublikasının öz müstəqilliyini əldə etməsindən sonra digər adların istifadəsi sona çatmış, Ankara adı isə universallaşdırmışdır.