Kategoriler
Türkiyə aviabiletlər

Bakı Antalya bilet qiymətləri

Baki Antalya bilet qiymetleri-teklifler,ucuz aviabiletler,serfeli qiymetler-Bilet Tap

Bakı Antalya bilet qiymətləri ən sərfəli təkliflərlə bilet tap vasitəsilə əldə edə bilərsiniz. Sistem axtarış nəticələrinə uyğun olaraq Bakı Antalya istiqaməti üçün ən ucuz aviabilet əldə edə bilərsiniz. Bakı Antalya uçuşları birbaşa reys vasitəsilə həyata keçirilir.

Antalya istirahət etmək üçün azərbaycanlılarla yanaşı bir çox ölkə vətəndaşlarının sevimli turizm məkanıdır. Antalya özünəməxsus otelləri ilə tusitlərin diqqətini cəlb edir.

Antalya

Antalya — Türkiyənin cənubunda Aralıq dənizi sahilində yerləşən kurort şəhəridir. Əhalisi 2.300.000 nəfərdir. Tamamı Aralıq Dənizi Bölgəsinin qərbində yerləşir və Antalya Körfəzi ilə Qərbi Tavr Dağlarının arasında yaradılıb. Ərazicə Türkiyənin altıncı böyük rayonudur.

Cənubunda Aralıq dənizi, qərbində Muğla, şimalında Burdur və Isparta, şimal-şərqində Konya, şərqində isə Karaman və Mersin rayonları var.

Antalya şəhəri, 1980 ildən sonra əlverişli iqlim şəraiti və turizm tədbirləri səbəbilə sürətlə inkişaf etmiş və buna paralel olaraq rayon də hazırda Türkiyənin ən böyük beşinci rayonu olmuşdur. Antalyada iqtisadi həyat böyük miqdarda ticarət, kənd təsərrüfatı və turizmə əsaslanır.

Antalya rayonunun əhatə etdiyi bölgə tarix boyu günümüzə qədər bir çox mədəniyyətə sahib olmuş və Türkiyədə ən çox antik şəhər olan rayondur

Yaşayış yerləri xaricindəki rayon ərazisinin böyük hissəsi taxıl tarlaları ilə örtülü yaylalardan ibarətdir. Türkiyə Silahlı Qüvvələri Quru Qoşunları Komandanlığına bağlı 3-cü Piyada Təlim Briqada Komandanlığı və Hava Qüvvələri Komandanlığına bağlı Hava Meydan Komandanlığı Antalyada yerləşir.

Antalya şəhərinin iqtisadiyyatında turizmin, ticarətin və kənd təsərüffatının rolu böyükdür. Sənaye fəaliyyəti isə inkşaf etmiş fəaliyyətlər sırasına daxildir.1970-ci ilə qədər müəyyən bir səviyyədə qalan Antalya şəhəri ticarət sektorunda bu tarixdən sonra dərhal müxtəlif hərəkətləri olmuşdur.

1980-ci illərdə inkşaf edən turizm hərəkatı ilə yanaşı, müxtəlif növ lüks mağazalar, yaşayış,istirahət obyektləri açılmışdır. Texnologiyanın yayğın istifadəsi ilə kənd təsərrüfatı və sənaye istehsalı artmışdır və ticarət bazarı çox aktiv olmuşdur.

Antalyanın ən təsirli təşkilatı Antalya Ticarət və Sənaye Palatasıdır (ATSO). 10.000-dən çox üzvü olan ATSO kimi əhəmiyyətli olan digər təşkilatlar Antalya Ticarət Birjası və Antalya İhracatçılar Birliyidir.