Banqkok, Tayland

Banqkok

Banqkok keçmiş Siam indiki Taylandın maraqlı və eqzotik paytaxt şəhəridir. Dünyada hər paytaxt kimi Banqkok da böyük və qarışıq bir şəhərdir.

Banqkokda siz dünyada nəhəng qəbul olunmuş alış-veriş mərkəzləri, modern otellər, eyni zamanda dünyada brend otel markaları, barlar, gecə klubları, küçədə hazırlanan tayland yeməkləri, eqzotik meyvələr, və çox qəribə səslənsə də saxta marka dükanları. Saxta dükanlarda satılan mallar original brend malların saxta formada istehsal olunub bazara çıxarılmasıdır.

Eyni zamanda Banqkok hamıya xitab edən yəni hər büdcəyə uyğun olan turist şəhəridir. Banqkok hostellərlə də məşhurdur.

Restoranlar, əyləncə məkanları, dünyanın dörd bir yanından gələn qonaqlar üçün gözəl və unudulmaz tətil imkanı yaradır. Banqkok bütün yenilikləri təqdim etsə də eyni zamanda tarixi bir şəhərdir.

Banqkok təqribən 10 saat lıq uçuş məsafəsində yerləşir. Suvarnabhumi hava limanı Banqkokda yerləşir. Banqkok maraqlı şəhərdir.

Böyük həcmdə trafik olmağına baxmayaraq tək bir siqnal səsi eşidə bilməzsiniz. 2018-ci ildə Banqkok dünya turizm şəhərləri sırasında 1 yerə çıxmışdır.

Banqkok üçün daha çox gəziləcək yerlər haqqında qısa məlumatlar

  • Grand Palace

Göz qamaşdırıcı görkəmli Grand Palace şübhəsiz ki, Banqkokun ən məşhur simvoludur. Saray 1782-ci ildə inşa edilmişdir. 150 il boyunca Tayland kralı sarayı, kral məhkəməsi, kral idarə sarayı olaraq fəaliyyət göstərib. Grand Palace tamamilə Tayland memarlıq üslubunda inşa edilmişdir. Bu kompleks tarixin dərin izlərini öz divarlarına hopdurub. Turistlərin ən çox ziyarət etdiyi yerlərdən biridir.

  • Çin mərkəzi

Çin mərkəzi Banqkokda bir növ kiçik Çin olaraq fəaliyyət göstərir. Çin mərkəzində tusitlər üçün çin mətbəxi, çin üslubu ilə bəzədilmiş bazarlar, və təbii olaraq çin məhsulların satışı qeyd etmək olar. Banqkokda olarkən mütləq ziyarət etməyiniz lazım olan yerlərdən biridir.

  • SKY bar

Banqkok da gecə klubları və barlar məşhurdur. Sky Bar dəniz səviyyəsindən 250 metr yüksəklikdə yerləşir. Bar öz məşhurluğunu yerləşdiyi yerə nə qədər borclu olsa da , hollivud filmi The Hangover Part II filmi geridə qalmır. Filmdə bəzi səhnələrin Sky barda çəkilməsi bura gələn və bura gəlməkdə maraqlı olan turistlər üçün yaxşı bir reklam oldu desək yanılmarıq.

  • JJ market

Banqkokda həftəsonu bazarı. Daha əvvəllər tacirlər üçün məşhur olsa da indi Banqkok turistləri üçün də ziyarət ediləsi məkandır. Bazarın böyüklüyü, məhsul çeşid fərqliliyi, ilə tayland “bazarlığı” üçün əlverişli məkandır. Bazar 14 hektardan böyük ərazidə tikilib. Eyni zamanda 8000 ticarət nöqtəsini özündə birləşdirir. Həftə sonları 200 mindən daha çox tusit buraya gəlir.

  • Vat Arun məbədi

Məbəd tanburi çayının sahilində yerləşir. Memarlıq üslubu çox fərqli bir tikilidir. Eyni zamanda şəfəq məbədi olaraq da bilinir.

  • Üzən bazar

Damnoen Saduak Taylandda ən məşhur üzən bazardır. Süvg tezdən bazar qayıqları çayda hərəkət etməyə başlayır. Maraqlı mənzərəyə şahidlik etmək istəsəniz, eqzotik meyvə dadmaq istəsəniz eyni zamanda tay mətbəxinin qeyri adi təamları üçün bu bazara getməyə dəyər.

  • Jim Tompson evi

Jim Tompson II dünya müharibəsində Amerikadan Banqkoka gəlmiş bir iş adamıdır. Jim Tompson eyni zamanda o dövrlərdə artıq məhv olmaq üzrə olan Tayland ipəyinin qurtarıcılarındandır. Ev möhtəşəm dizayna malikdir. Bağça ilə sərhədlənmiş ev eyni zamanda qədim tay memarlıq üslubunda tikilmişdir. Bununla yanaşı bir çox qədim tay ipək növü hal hazırda burada nümayiş olunur.

  • Çay kənarı alış veriş mərkəzi

Asyatik digər adıyla bilinir. Şəhərin ən məşhur 2 alışveriş təcrübəsini öüzndə birləşdirir. Gecə bazarı və alışveriş mərkəzi. Bu mərkəzdə 1500 butik mağaza, 40 restoran var. Mərkəz saat 17:00 dan etibarən səhərə qədər fasiləsiz xidmət göstərir.

  • Banyan Tree otel

Banqkokun ən məşhur otelidir. Eyni zamanda otel mansartda yerləşən restoran Banqkok üçün əvəzedilməz bir məkandır. Dünya mətbəxi ilə yanaşı tay mətbəxinin də eqzotik təamlarını dada bilərsiniz.

  1. Banqkok milli muzey

XVIII əsrdən qalma muzeydir. Burda tusitlər üçün banqkok tarixinə əsərlərlə kiçik bir dünya yaradılıb.

10 sərgilədiymiz yerlərlə yanaşı Banqkokda daha nələr nələr var ki mütləq onları görməyə dəyər. Siz səyahət sevər insansınızsa Banqkoku görməyi ən yaxın planlarınıza əlavə edin. Əsla peşman olmazsınız.