Çili – Pasxa adası

bilet-tap

Uzaq Çili – qədim aymar dilində dünyanın sonu deməkdir.

Çili Azərbaycana ən uzaq ölkələrdən biridir. Çilinin ən sirli adası isə Pasxa adası başqa adla desək Rapa Nui adası hesab edilir. Ada bazar günü kəşf edildiyi üçün Pasxa adlanır.

Ada Çiliyə 3000 km məsafədə yerləşməklə demək olarki tamam izolə şəraitindədir. Eyni zamanda ada vulkan mənşəli olduğu üçün bir çox vulkan mənşəli daş heykəllərə rast gəlinir.

Pasxa adası insanların yaşaması üçün əlverişli ada hesab olunmur. Pasxa adasının sirli məqamlarından biri də məhz bu tip yanaşmadır. İnsan yaşayışı mümkün olmayan adaya heykəllərinn təqribən çəkisi 20-40 ton ağırılığında olan daş heykəllərin hansı formada gətirilməsidir.

Digər bir maraqlı məqam isə yerli əhalinin heykəllərin davamlı olaraq hərəkət etməsi ilə bağlıdır.

Heykəllərin yerləşmə mövqeyi isə 7 heykəl günəş günbatanından üzü Sakit okeana dayanır. Ancaq Pasxa adası görməli yerlər olaraq yalnızca heykəllərdən ibarət deyil.

Palmalarla əhatələnən Anakena çimərliyi Sakit okeanın şəffaf suları və ideal ağ qumu ilə əhatələnərək gözəl mənzərələr yaradır.

Eyni zamanda yadda saxlamaq lazımdır ki, adada ictimai nəqliyyat olmadığından ancaq velosiped, skuter, kvadrosikl və yaxud da kirayə evtomobil ilə hərəkət mümkündür.

Necə gəlmək olar ?

Adanın özünə iki yolla gəlmək mümkündür.

  1. Çilinin paytaxtı Santiyaqodan hər gün olan uçuşlar
  2. Taitidən isə həftədə 2 dəfə həyata keçirilən uçuşlar vasitəsilə

Santiyaqodan gediş-gəliş bilet qiyməti 400-500 usd təşkil edir. Ada eyni zamanda UNESCO tərəfindən qoruq elan edildiyinə görə 60 usd əlavə bilet ödəmək lazımdır.

Maraqlı tarixi və təbiət anları ilə zəngin adadır. Əgər nə vaxtsa yolunuz Çiliyə düşsə, getməyə dəyər.