Elektron hökumət

Elektron hökumət quruculuğunda istifadəçi (vətəndaş) iştirakının təmin edilməsi yolları

Giriş

Qloballaşma prosesinin sürətlə artması və daha yayğınlaşması ilə birlikdə, ölkələrin də xidmət sahələrində ve eyni zamanda təklif olunan dövlət vətəndaş münasibətlərində qeyd olunan modellərə uyğunluq və sürətli formada inteqrasiya tələb olunur. Bu prosesdə elektron hökumət tətbiqləri, xüsusilə də birbaşa vətəndaşlar üçün təklif olunan həllərin daha əlçatan olması və sürətli formada vətəndaş istifadəsinə təqdim edilməsi üçün müəyyən həllər təklfi olunur, hazırlanır və daha təkmilləşmə prosesinə cəlb olunur. Araşdırma mövzumuzda biz əsas iki başlıq üzərindən davam edəcəyik. İlk olaraq eketron hökumət nədir sualının cavabını tapmağa çalışacağıq. İkinci mərhələdə isə vətəndaş iştirakı yolları, qlobal praktika nümunələri elektron hökumət və vətəndaş iştirak proseslərini daha yaxından tanış olacağıq.

Elektron hökumət nədir ?

Elektron hökuməti termin və fəaliyyət sahəsi olaraq 1993-cü ildə ilk dəfə ABŞ da “Beynəlxalq Performans Araşdırma Mərkəzi” tərəfindən tərif olaraq təqdim edildiyini görmək olar. Ancaq bu zaman müəyyən araşdırmalardan sonra elektron hökümət anlayışının heç də sadə formada olmadığı ortaya çıxır. Bəzi qaynaqlarda var olan məlumatlara əsasən :

  1. Elektron hökumət sosial bilgiyə və eyni zamanda vətəndaşların dövlət xidmətlərinə birbaşa olaraq əlçatanlıq prinsipi,
  2. Hökumətlərin, vətəndaşlarına internet yolu ilə müəyyən veb resurslarla birbaşa olaraq idarəetmə prinsipli xidmətdən – vətəndaş yönümlü xidmətə keçid,
  3. Dövlət hökumət müəssisələrində internet xidmətlərinin yayğın istifadəsi ilə əhali arasında xidmət keyfiyyətinin daha düzgün qiymətləndirilməsinə,
  4. Hökumət idarə təşkilatlarında iş faydalılıq prinsiplərinin daha da artırılması,
  5. Hökumət və vətəndaş arasında daha ideal və davamlı münasibət qurulması,
  6. Eyni zamanda hökumət tərəfindən təqdim olunan xidmətlərlə biznes sahələri üçün xidmətlərin əlçatanlığı, minimum vaxt itkisi, minimum hiyerarxiya.

Elektron hökumət və Ənənəvi hökumət (cədvəl 1)

Cədvəl 1

Ənənəvi hökumət    Elektron hökumət    
Burokratik əngəllərTək vətəndaşa xidmət, minimum hiyerarxiya
Qapalı təklif olunan idarəedici funksiyalarİnteqrasiya olunmuş mümkün olan bütün dövlət xidmətləri
Kağız istifadəsi və gələcək olan arxivləşməElektron xidmətlər – bulud texnologiyası həlləri
Əl ilə hazırlanmış maliyyə hesabatlarıİnteqrasiya olunmuş hökumət orqanları maliyyə hesabatı
Əlaqəsiz, məsafədən asılı olan hökumət – dövlət xidmətləriBirləşdirilmiş, 0 məsafə ilə təşkil olunan, xidmət şəbəkəsi
Dövlət – Vətəndaş anlayışıDövlət – müştəri anlayışı
Heç bir tərəfdən asılı olmayan vaxt itkisiDəqiqələr içərisində həll oluna bilən münasibətlər

Cədvəl vasitəsilə xüsusi olaraq əsas başlıqlarda hökumət xidmətlərinin təşkili və dövrlərdən asılı olaraq vətəndaşlarla birbaşa əlaqə nümunələrini öz əksini tapmışdır. Artıq bəzi məqamlarda belə, elektron demokratiya termini ilə qarşılaşa bilirik. Əlbəttə ki, bu termin əbəs yerə yaranmır. Ənənəvi formada təklif olunan xidmətlərdə bugünün reallığına uyğun olaraq təklif olunan elektron həllər vasitəsilə artıq demokratik yanaşmanın belə birbaşa olaraq elektron versiyası mövcuddur. Hökumətlərin əsas məqsədi daim olaraq vətəndaş istəklərini – dövlət istəkləri ilə uyğunluq tapmasını reallaşdırmaqdır. Nəzərə alsaq ki, artıq yaşadığımız əsrdə məlumat bazası (data) önəmli rol oynayır. Hökumət öz tərəfindən isə vətəndaşların toplanmış məlumat bazasını idarə edə bilir, və ən əsas da 3-cü tərəflərlə paylaşmır. Müasir dünyanın əsas məsələlərindən biridə məhz məlumat təhlükəsizliyidir.

Vətəndaş iştirakı

Elektron hökumət vətəndaşlarını sosial qrup olaraq deyil, ayrı-ayrılıqda fərd olaraq görür. Bu proses eyni zamanda yeni toplum anlayışının və vətəndaş gücünün simvoludur. Əsasən yeni xidmətlərin, var olan xidmətlərin təkmilləşdirilməsi və bütün bu proseslərlə bağlı olaraq sosyal medya reklamları, televiziya reklamları, təşviq metodlarını misal göstərmək olar. Elektron hökumətin vətəndaş yararları barəsində bir neçə əsas başlıqla qeyd edə bilərik. (cədvəl2)

Cədvəl 2

Əlaqə növləriİnteqrasiya sahələriAvantajlar
Eletron hökumət – VətəndaşMəlumatlandırma Vergi Tibb Təhsil MədəniyyətAlternativ paylayıcı kanalların istifadəsi, Şəxsiləşdirilmiş, sürətli və rahat xidmətlər, Açıqlıq Aşağı büdcəli xidmətlərin təklifi
Elektron hökumət – biznesDəstək proqramları Tövsiyyə və biznes məlumatlılığı Biznes savadlılığı Elektron biznes təklifləriSürətli və faydalı münasibətlər Daha az burokratiya Aşağı büdcəli xidmətlərin təklifi

Elektron hökumət xidmətlərin vətəndaşların təşviq edilməsi üçün qeyd olunan nüanslar istər dövlət istərsə də vətəndaş münasibətləri üçün əsas rol oynayır. Unutmaq lazım deyil ki , “ Dövlətin vətəndaşlarına qarşı yerinə yetirməklə borclu olduğu xidmət və vəzifələrin, eyni zamanda vətəndaşların dövlətə qarşı olan xidmət və borclu məqamlarının onlayn elektron vasitələrlə qarşılıqlı olaraq yerinə yetirilməsi prosesidir.”