İnanılmaz 2021 həyəcanı

Dünyada 2021 ci il həyəcanı

Dünya bildiyimiz ən yaxın zamanların ən çətin ilini artıq geridə qaldı. Bütün bu çətinliklərə baxmayaraq artıq 2021-ci ilin ilk günlərini yaşayırıq. Dünyada bildiyimiz kimi, saat fərqindən asılı olaraq yeni il qarşılanmağı zamanı da fərqlidir.

Dünyada ilk yeni il qarşılayan Yeni Zelandiya və Avstralya ölkələri olur. Ardından isə Asiya ölkələri, Yaxın Şərq ölkələri, Avropa qeyd edir.

Yeni Zellandiya – yeni ilə ilk qəbul edən ölkələrdəndir. 2021-ci il qarşılanması üçün Yeni Zellandiyada 500 kq-lıq fişəng şousu reallaşıb.

Avstralya -Yeni Zellandiyanın qonşusu olan ölkə də yeni ili ilk qarşılayan ölkələrdəndir. İlk qarşılanma Sidney Limanından fişəng şousu ilə başlayır. Ancaq bu il, fərqli olaraq Sidney Limanında insanların toplanmasına icazə verilməyib.

Şimali və Cənubi Koreya – yeni ilə ilk qarşılayan ölkələrdəndir. Bütün illər ərzində Seulda 1953-cü ildən başlayan zəng çalmaq ənənəsi qlobal virusa görə təxirə salınıb. Şimali Koreyada isə dünyada mövcud olan qadağalara baxmayaraq yeni il tədbirləri qeyd edilib.

Çin – koronavirusun vətəni olaraq bilinən Çində isə yeni il tədbirləri qeyd olunub. Paytaxt Pekində kiçik həcmli tədbirlər və şoular təşkil edilib. Ancaq Vuhan şəhərində isə yeni il qarşılanma tədbirləri xalqa açıq olaraq keçirilib. Digər bir maraqlı məqam isə Vuhanda tədbirlərdə maska istifadə edilsə də sosial məsafə nəzərə alınmayıb.

Tayvan – Asiya ölkəsi hesab olunan Tayvanın paytaxtı Taypeydə 101 göydələn binalar ətrafında fişəng şousu təqdim olunub.

Qazaxıstan – paytaxt Nur Sultanda vətəndaşlar əsasən qış aktiv istirahəti ilə yeni il qarşılayıb. Ancaq ölkədə tədbirlər Covid-19 uygulamaları ilə keçirilib.

BƏƏ – BƏƏ də yeni 2021 ci il tədbirləri bu il üçündə möhtəşəm və yadda qalan keçirilib. Belə ki, yarım saatdan artıq vaxt sürən və eyni anda 33 nöqtədən atılan fişəng şousu ilə yadda qalıb.