Kənd yaşıl turizmi üçün töhfə

Aqroturizm-inkisaf planlari,tedbirler.imkanlar,Kend Turizmi kitabi

Turizm qlobal iqtisadiyyat sahəsi olmaqla yanaşı, daxilində digər iqtisadi sahələrin birləşməsi ilə yeni turizm növləri yaranır. Qeyd etmək lazımdır ki, turizm hal-hazırda sənaye 4.0 inqilabının keçid mərhələsindədir. Turizm 4-cü sənaye inqilabı eyni zamanda fəaliyyət sahələrinin daha intensiv, mühitə daha tez adaptasiya olunmasını və eləcə də, dayanıqlı olaraq inkişaf etdirilməsi prinsiplərini özündə birləşdirir.

Kənd yaşıl turizmi – aqroturizm olaraq da adlandırılır. Aqroturizm imkanları turizm və kənd təsərrüfatı iqtisadi sahələrinin birləşməsi, yeni növ turizm ideyaların reallaşmasına səbəb olur.

Azərbaycanda turizmin inkişafı, eləcə də, turizmlə birbaşa əlaqəsi olan sahələrin uyğunlaşdırılması üçün Dövlət Turizm Agentliyi tərəfindən mütamadi olaraq maarrifləndirici tədbirlər, elektron vəsaitlər, bölgələrimizdə araşdırmalar, yeni turizm marşrutlarının təqdim olunması, xarici sərgilərdə Azərbaycanın təbliği işi aparılır.

Dövlət Turizm Agentliyinin və USAİD təşkilatının birgə təşəbbüsü ilə Aqroturizm üçün yeni elektron maarrifləndirici vəsait tərtib olunub. Vəsait Azərbaycanda daxili turizm imkanlarının bir hissəsi olan Aqroturizm potensialını məlumatlarla özündə birləşdirir.

Kimlər üçün yararlıdır ?

Turizm sahəsində hal hazırda çalışanlar,

Yeni ideya ilə turizm biznesinə başlamaq istəyənlər,

Kənd sakinləri üçün – kənd turizminin əsas inkişaf vasitələrindən biri də kənd sakinlərinin bu sahədə maarrifləndirilməsi və aqroturizm işinə cəlb olunmasıdır.

Hal hazırda aqroturizm fəaliyyəti ilə məşğul olanlar.

Dövlət Turizm AgentliyiUSAİD təşkilatına təşəkkürümüzü bildiririk.

Kitab əldə etmək üçün link

Bloqumuzda digər məqalələrlə bu linkdən tanış ola bilərsiniz.