Yeni il bayram günləri 2021

Skandinaviya Yeni il tədbirləri

Rəngarəng hədiyyələrlə bəzədilmiş şam ağacları, hədiyyə paketləri, ailə yeməkləri, darçınlı şirniyyatlar Skandinaviya adası ölkələri üçün səciyyəvidir. Eyni zamanda Jul və ya Jol ifadələri də Skndinaviya Noel üçün istifadə edilən terminlərdir. 24 dekabr tarixindən sonra kilsə zəngləri davamlı olaraq Noel gəlişini xəbərlərini verir. Skandinaviya üçün ümumi olan bayram keçirmələri olsa da ayrı-ayrı ölkələr üçün bəzi fərqli tədbirlər də vardır. Elə isə onlarla tanış olaq

Norveç

Norveçlilər daha xristianlıqla tanış olmazdan öncə qış fəslinin orta zamanlarına təsadüf edən bir vaxtda yaz fəslinin gəlişini qeyd edirdilər. 1100 ci ildən sonra isə artıq Noel Norveçdə bayram olaraq keçirilməyə başladı. Norveç üçün Noel bayramının başlanğıcı İngiltərəyə yolladıqları şam ağacı ilə başlayır. Bu hadisə II dünya müharibəsində ingilislərin norveç xalqına etdikləri yardımların təşəkkür olaraq qarşılığıdır. Bu hadisə hər il davamlı olaraq aparılır. Göndərilən ağac isə Trafalqar meydanında nümayiş etdirilir.  Eyni zamanda noveçlilər quşların yeməsi üçün Noel boyunca çöllərə buğda səpirlər. Eyni zamanda Norveçdə uşaqlar Noel qəhrəmanlarının paltarlarını geyinərək başqa evlərə gedərək ilahi mahnılar oxuyurlar. Bəzi norveç evlərində isə noel bayramı bitənə qədər hər gün davamlı olaraq şam yandırılır. Bu adətin onlara uğur gətirəcəyinə inanırlar. Norveçdə Noel boyunca bolluca olaraq şirniyyatlar yeyilir.

Danimarkada yeni il

Danimarkada Noel 1 Noyabrda başlayır. Eyni zamanda bu bayramlar 24 dekabra qədər davam edir. Danimarkada Noel qeyd olunan zaman əhalinin bir çox hisəsi kilsədə olan ayinlərə də qoşulur. Danimarkalılar üçün bu çox vacibdir. Eyni zamanda Danimarkada “julemaerket” adı verilən poçt markları istehsal edilir. Bu markalardan əldə edilən gəlir isə kilsələrə ərməğan olunur. Əgər Danimarkada parklarda Noel vaxtı yeyəcəklər görsəniz şaşırmayın. Bu onların noel adətlərindən biridir. Hər Noel zamanı danimarkalılar heyvanlar üçün parklara yemək qoyurlar. Serial həvəskarları üçün 24 dekabrdan etibarən Danimarkada Julekalender adlı serial yayımlanır. Danimarkada da darçınlı və vanilli peçenyelər Noel daha çox yeyilir.

İsveç

Isveçlilərin Noel bayramı əsasən 13 dekabr tarixində qeyd olunan Lucia günüdür.

Finlandiya

Finlandiya üçün Noel bayramı cazibədar qeyd olunan məkan isə Laplandiyadır. Santa Klausun vətəni hesab olunan qəsəbə turistlərin axınına çevrilir.

Islandiya

İslandiya əhalisinin Noel bayramı ərəfəsində yeni bir geyim və kitab almaq daha məşhurdur.